Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-31 17:36:00
Azərbaycanda 3 788 nəfər koronavirusa yoluxub, 44 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 788 yeni yoluxma faktı qeydə alınıb, 3 228 nəfər müalicə olunaraq sağalıb.

 

AzEdu.az xəbər verir ki , analiz nümunələri müsbət çıxan 44 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 424 891 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 366 126 nəfər müalicə olunaraq sağalıb, 5 636 nəfər vəfat edib. 53 129 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 693, bu günə qədər isə ümumilikdə 4 461 937 test icra olunub.