Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-31 17:25:00
GYA-nın üzvü olmaq gənc alimlərə qlobal elm platformasında çıxış imkanı yaradacaq-UNEC

Qlobal Gənc Alimlər Akademiyası (GYA) Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təbiət, ictimai və humanitar elmlər üzrə gənc alimlərini təşkilata üzv olmağa dəvət edir.

 

AzEdu.az xəbər verir ki, GYA-nın yeni üzvlər üçün çağırışı bu il sentyabrın 15-dək açıqdır. Təşkilat elm və cəmiyyətə qlobal təsir göstərən altı qitədə mövcuddur və aparılan tədqiqatların mükəmməlliyi ilə iş və cəmiyyətə verdiyi əhəmiyyətli töhfələr üçün seçilmiş 200 üzvdən ibarət bir akademiyadır.

 

GYA-nın üzvü olmaq gənc alimlərə qlobal elm və siyasət platformalarında çıxış imkanı yaradacaq, eləcə də onların fərdi potensiallarını artıracaq.

 

Əlavə məlumatı UNEC-in saytında yerləşdirilən link vasitəsilə əldə etmək mümkündür.