Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-31 16:34:00
Azərbaycanda bu günədək 291 jurnalist COVID-19-a yoluxub, 12 nəfər həyatını itirib

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycanda jurnalistlər arasında koronavirusa yoluxma halları ilə bağlı monitorinq aparıb.

 

AzEdu.az xəbər verir  ki, monitorinqin nəticələrinə görə, pandemiya başlayandan bu günə qədər Azərbaycanda 291 nəfər jurnalist COVID-19-a yoluxub, 12 nəfər həmkarımız isə həyatını itirib.

 

JuHİ sədri Müşfiq Ələsgərlinin sözlərinə görə, yoluxanlardan 178 nəfəri birinci mərhələnin, 57 nəfəri 2-ci dalğanın, 56 nəfəri isə son mərhələnin dövrünə təsadüf edir.

 

O bildirib ki, dünyasını dəyişənlərdən 10 nəfəri 1-ci və 2-ci mərhələdə, 2 nəfəri isə son mərhələdə həyatlarını itiriblər:

 

Qeyd olunub ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) ilə Azərbaycan Mətbuat Şurası arasında əldə edilmiş razılığa əsasən 2021-ci ilin aprel ayından etibarən kütləvi informasiya vasitələrində çalışanların vaksinasiyası həyata keçirilir. Proqram çərçivəsində indiyədək təqribən 70 redaksiyadan 1100 (bir min yüz) nəfərədək KİV işçisi vaksinasiya olunub.

 

M.Ələsgərli deyib ki, indiyədək 1-ci doza vaksin almış və sonradan yoluxmuş KİV işçilərinin sayı 3 nəfər, 2-ci doza vaksin almış və yoluxmuş şəxslərin sayı isə 2 nəfərdir. Onlar xəstəlik dövrünü bitirərək fəaliyyətlərini bərpa ediblər. Hər 2 doza vaksini almış KİV işçiləri arasında həyatını itirmə faktı qeydə alınmayıb.