Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-30 09:48:00
Azərbaycan Paralimpiadada 13-cü medalını qazanıb

Azərbaycan Yay Paralimpiya Oyunlarında daha bir medal qazanıb.

 

AzEdu.az xəbər verir ki, millimizin paraatleti Səid Nəcəfzadə mükafatçılar sırasında yer alıb.

 

O, uzunluğa tullanma yarışlarında 7,03 m nəticə göstərərək bürünc medal qazanıb.

 

Bununla da Azərbaycan millisinin aktivindəki mükafatların sayı 13-ə çatıb. Paralimpiyaçılarımız 9 qızıl və 4 bürünc medal əldə ediblər.