Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-29 17:40:00
Azərbaycanda son sutkada 4010 nəfər COVID-19-a yoluxub, 41 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4010 yeni yoluxma faktı qeydə alınıb, 2 898 nəfər müalicə olunaraq sağalıb.

 

AzEdu.az xəbər verir ki , COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 417 997 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 361 128 nəfər müalicə olunaraq sağalıb, 5 553 nəfər vəfat edib, aktiv xəstə sayı 51 315 nəfərdir.

 

Ölkədə son sutka ərzində 16 536, hazırkı dövrədək isə 4 431 053 test aparılıb.