Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-29 12:40:00
Təhsil İnstitutu müəllimləri əməkdaşlığa dəvət edir    

Təhsil İnstitutu “SABAH Magistratura” proqramı çərçivəsində 2021/2022-ci tədris ilinin payız semestrində Azərbaycan Dövlət Pedaqoji Universitetinin təlim və tədrisin təşkili və metodikası ixtisaslaşması üzrə müəllimləri əməkdaşlığa dəvət edir.

 

Bu barədə AzEdu.az-a institutdan bildirilib. Qeyd olunub ki, təlim və tədrisin təşkili və metodikası ixtisaslaşması çərçivəsində aşağıdakı fənləri tədris edəcək namizədlərin müraciətləri dəyərləndiriləcək:

 

- Tədqiqat metodları və akademik etika (tədqiqat metodları ilə əlaqəli əsas anlayışlar və prinsiplər, araşdırma prosesi, elmi nəşrlərin təhlili, araşdırmaların nəşri, akademik etika);

- Öyrənmə və öyrətmə (öyrənmə modelləri, yanaşma və nəzəriyyələr, peşəkar öyrənmə, peşəkar öyrənmənin standartları, öyrənmə və öyrətmənin metod və prinsipləri);

- Təhsildə idarəetmə (idarəçilik nəzəriyyələri və prosesləri, təhsilin idarə olunmasının fəlsəfi əsasları, inkişaf tarixi, təhsil müəssisələrində effektivlik, məhsuldarlıq və keyfiyyət təminatı);

- Təhsil siyasəti və qanunvericiliyi (təhsil siyasətinin hüquqi təməlləri, təhsil siyasətinin formalaşdırılması, ehtiyacların öyrənilməsi, alternativ siyasət təklifləri, seçim meyarlarının müəyyənləşdirilməsi, təhsil qanunvericiliyi - konvensiya, qanun, qərar və s. sənədlər, təhsil sistemində hüquqi prosedurların tənzimlənməsi və idarə edilməsi);

 

Namizədlərdən müvafiq ixtisas üzrə elmi dərəcə və ya tam ali təhsil (elmi dərəcəsi olan namizədlərə üstünlük veriləcək), sahə üzrə 3 ildən az olmayaraq ali məktəbdə tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi, Azərbaycan dilində səlis ünsiyyət, İKT resurslarından sərbəst istifadə, innovativ tədris metodlarından istifadə, ünsiyyət və təqdimat bacarıqları tələb olunur.

 

Müsabiqədə iştirak etmək istəyən müəllimlərdən öz CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini (Mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə) [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

 

Yalnız ilkin mərhələni uğurla tamamlayan namizədlər növbəti mərhələ ilə bağlı məlumatlandırılacaq.

 

Müraciətlər avqustun 31-i saat 23:59-dək qəbul olunur.