Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-25 12:20:00
İbtidai siniflərdə  bitməyən mübahisə - Musiqi, Texnologiya kimi fənləri kim keçməlidir?

Orta məktəblərdə ixtisaslı kadr olmadığından Həyat bilgisi kimi fənlərin kimlər tərəfindən tədris edilməsi hər zaman müzakirə mövzusu olub. Məktəbdə bəzi fənlər üzrə xüsusi ixtisaslı müəllimlər çalışır. Amma  bu fənlərin həm də aşağı siniflərdə tədrisi ibtidai sinif və ixtisas müəllimləri arasında mübahisə yaradır: Fiziki tərbiyə, Musiqi, Texnologiya, Təsviri incəsənət fənlərinin ibtidai sinif müəllimi, yoxsa, bu sahələr üzrə ixtisaslı kadrlar tərəfindən tədris olunması sual doğurur. Bəzən, bu fənlər üçün  uyğun ixtisaslı müəllimlər olsa da  onların tədrisi ibtidai sinif müəllimlərinə tapşırılır. 

AzEdu.az məlumat verir ki, qanunvericiliyə əsasən, ibtidai siniflərdə Fiziki tərbiyə, Musiqi, Texnologiya və Təsviri incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən tədris edilir. Amma yalnız ibtidai sinif müəllimlərinin yazılı razılığı əsasında həmin dərslərin ixtisas müəllimləri tərəfindən tədrisinə icazə verilir. İbtidai siniflərdə Xarici dil və İnformatika fənləri isə ixtisaslı kadrlar tərəfindən tədris edilir. Kadr olmadığı halda, informatika fənni ibtidai sinif müəllimi tərəfindən tədris oluna bilər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları