Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-29 11:00:00
Peşə təhsili pilləsi üzrə sənəd qəbulu davam edir  

Peşə təhsili pilləsi üzrə tələbə qəbulunun I mərhələsində uğur qazanmış şəxslər avqustun 30-u saat 18:00-dək tələb olunan sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

 

AzEdu.az xəbər verir ki, qəbulun I mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.