Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-23 14:24:00
Deputat Razi Nurullayev UNEC-in qonağı olub  

Milli  Məclisin  deputatı  Razi  Nurullayev  Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  qonağı  olub.

 

AzEdu.az   xəbər  verir  ki, bu  barədə  universitetin  rektoru  Ədalət  Muradov  feybuk  hesabında  paylaşım  edərək  deputata  öz  təşəkkürünü  bildirib.

 

Rektor, paylaşımında  görüşün  məqsədi, ali təhsil müəssisələrində görülməli  olan  işlərdən  danışıb:

 

“Bu gün UNEC-də qonağımız Milli Məclisin deputatı Razi Nurullayev oldu. Ali təhsildə keyfiyyətin artırılması yolları, mütərəqqi xarici təcrübənin Azərbaycan ali təhsil müəssisələrində tətbiqi imkanları, tədqiqatlar və ali təhsil üçün əhəmiyyət kəsb edən digər istiqamətlər üzrə kənardan maliyyə vəsaitləri cəlb etmək üçün (fundraising) yanaşmalar, o cümlədən bununla bağlı müvafiq komandanın yaradılması və digər məsələlər haqqında maraqlı fikir mübadiləsi apardıq. Görüşlə bağlı göstərdiyi təşəbbüsə və UNEC-ə ayırdığı diqqətə görə hörmətli Razi müəllimə təşəkkür edirəm”.