Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-21 13:10:00
Növbəti qabiliyyət imtahanları bu tarixdə təşkil ediləcək  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsinə, o cümlədən ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün keçirilən xüsusi qabiliyyət imtahanlarının tarixləri müəyyənləşib.

DİM-dən bildirilib ki, növbəti qabiliyyət imtahanları avqustun 23-də keçiriləcək. Abituriyentlər təsviri incəsənət (ali), memarlıq (ali), musiqi (11 illik), bədən tərbiyəsi (ali və 11 illik) istiqamətləri üzrə qabiliyyət imtahanı verəcəklər.