Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-05 13:44:42
V ixtisas qrupu üzrə qabiliyyət imtahanlarına start verildi - FOTO  

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2019/2020-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarının (V qrup üzrə) birinci mərhələsinə bu gündən start verilib və proses iyulun 12-də yekunlaşacaq. 

AzEdu.az xəbər verir ki, V ixtisas qrupunda xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün ümumilikdə 1291 abituriyent AzMİU-ya ərizə verib.

Bu gün keçirilən rəsm imtahanında 150 abituriyent iştirak edib, proses iyulun 13-dək davam edəcək.

Rəsm imtahanından yetərli balı toplayan gənclər iyulun 10-da ikinci mərhələdə iştirak etmək şansını qazanıb rəsmxətt və ya kompozisiya üzrə keçirilən imtahanda özlərini sınayacaqlar.

Qabiliyyət imtahanlarında ortaya çıxan problemləri, imtahanın nəticələrdən narazı qalan abituriyentlərin şikayətlərini araşdırmaq üçün AzMİU-da Münaqişə komissiyası fəaliyyət göstərir.

Məlumat üçün qeyd edək ki, I ixtisas qrupu üzrə (Memarlıq) qabiliyyət imtahanları iyulun 19-da başlayacaq.