Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-24 15:32:44
 IV qrup imtahanlarında inanılmaz irəliləyiş – Təəccübləndirici statistika

İyulun 18-də I və IV ixtisas qrupları üzrə yay qəbul imtahanları keçirilib. İmtahan nəticələri əvvəlki illərlə müqayisədə xeyli yüksək olması ilə fərqlənir.
DİM-dən AzEdu.az-a verilən məlumat görə, bu il IV ixtisas qrupu üzrə 690 - 700 bal arası nəticə göstərən abituriyentlərin sayı 35 nəfər olub. Keçən il isə bu göstərici 18 idi.

329 nəfər 650-dən çox bal toplayıb. Keçən il belə abituriyentlərin sayı 235 idi.
600 - dən çox bal toplayan abituriyentlərin sayı 743-dür. Keçən il bu nəticəni 556 nəfər göstərmişdi.

500 baldan yuxarı nəticə əldə edən abituriyentlərin sayı isə 1591 təşkil edir. 2017-ci ildə bu göstərici 1229 olub.
Qeyd edək ki, iyulun 18-də keçirilən qəbul imtahanlarında iştirak etmək üçün 26332 abituriyent sənəd verib. Onlardan 873 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 18 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları