Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-24 13:57:00
“Bu, bizim qırmızı xəttimizdir” - Güneydə Azərbaycan dili qiyamı  

Güney Azərbaycanda İranın Təhsil naziri Məhəmməd Bəthayinin məktəblərdə qeyri-fars dillərinin qadağan edilməsi ilə bağlı səsləndirdiyi fikirlərə etirazlar davam edir.

AzEdu.az xəbər verir ki, Ərdəbil şəhərinin küçə və prospektlərinə təhsil nazirinin irqçi fikirlərinə etiraz edən şüarlar yazılıb.

Azərbaycanlı gənc fəallar tərəfindən qrafit texnikası ilə yazılan şüarlara şəhərin müxtəlif yerlərində rast gəlinir.

“Yaxın gələcəkdə hər kəsin öz sözünü anlaması üçün tərcüməçiyə ehiyacı olacaq! Əlvida, ey ana dili!”sözləri isə xüsusi diqqət çəkib.

Azərbaycanlı fəallar İran hakimiyyətinin irqçi siyasətini kəskin şəkildə pisləyiblər. Məktəblərdə Azərbaycan - türk dilinin tədris olunmasını tələb ediblər.

Oxşar şüarlar Muğanın Parsabad şəhərinin küçələrinə də yazılıb. Keçən günlərdə isə Güney Azərbaycanın şəhərlərində pul əskinaslarının üzərinə “Türk dili bizim qırmızı xəttimizdir” şüarları yazılmışdı.

Qeyd edək ki, İran təhsil naziri qeyri-fars dillərin ölkəsi üçün təhlükə olduğunu əsas gətirərək, məktəblərdə tədrisinin qadağan edildiyini açıqlayıb. (teleqraf.com)