Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-18 13:24:00
Subbakalavrların ixtisa seçimi BU TARİXDƏ aparılacaq

20-30  avqust  tarixləri  arasında  DİM  tərəfindən  ali  təhsil  müəssisələrinə  ixtisas  seçimiləri  aparılacaq.

 

Bu  barədə  daha  ətraflı  DİM  tərəfindən  nəşr  edilən  “Abituriyent” jurnalının 4-cü  nömrəsində məlumat verilib.

 

Mövzu ilə bağlı  ən çox verilən suallardan biri də subbakalavrların ixtisas  seçiminin nə zaman  aparılacağıdır.

 

AzEdu.az  Dövlət  İmtahan  Mərkəzinin  məlumatına  əsasən, xəbər verir  ki, 20-30  avqust  tarixləri  arasında abituriyentlərlə birlikdə subbakalavrların  da  ixtisas  seçimi  aparılır.

 

Jurnalın bu nömrəsində 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib. 

 

Qeyd  edək  ki, kolleclərə  ixtisas  seçimi  ali  təhsil müəssisələrinin boş qalan plan yerləri ilə birlikdə aparılacaq.