Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-18 10:48:00
İspan dilini mənimsəməyin yolları-Bu qaydalara əməl etməklə onu inkişaf etdirin

 

İspaniya Aralıq dənizi sahilində mədəni fəaliyyəti və özünəməxsus xüsusiyyətləri ilə diqqət çəkən ölkələrdən biridir.

 

 

Qərbi Avropanın ən böyük ölkəsi olan İspaniya, həm də Avropada ən çox turistə ev sahibliyi edən ikinci dövlətidir. Xüsusilə, yeni dil öyrənmək istəyən hər kəs üçün mükəmməl seçim olan İspaniya, Avropa və Amerikadan gələn yüzlərlə tələbəni qarşılayır. Bu da dünyada İspan dilinə olan marağı kifayət qədər artırıb.

 

 

 

AzEdu.az İspan dili ilə bağlı maraqlı məlumatları təqdim edir:

 

 

İngilis dili kimi beynəlmiləl və dünyada çox istifadə edilən İspan dili 400 milyom insanın ana dilidir. Bir neçə il sonra ikinci beynəlmiləl danışıq dili ispan dili olacaq. Araşdırmalar göstərir ki, gələcək 20 ildə İspan dili bilən insanların sayında ciddi artım müşahidə ediləcək.

 

 

Dünya iqtisadiyyatında İspaniyanın rolu artmaqdadır. Onun iqtisadi və ticarət gücü artdıqca dilinin öyrənilməsi də vacib hala gəlib. Təxminən 10-15 il ərzində ispan dilini bilən çox insan iş dünyasında əsas mövqe tutacaq.

 

 

Dünyanın 21 ölkəsində istifadə olunan bu dili rahatlıqla öyrənmək mümkündür. Çünki o, şəxsi inkişaf və karyera üçün vacibdir.

 

 

İspan dilini öyrənmək çətindir?

 

 

Bu dili öyrənmək istəyən çox insanın ağlına gələn ilk suallardan biri budur. Amma digər dillərlə müqayisədə onun öyrənilməsi rahatdır. O, sadəcə ispanca danışmağınıza deyil, həm də bir çox dilləri öyrənməyinizə kömək olacaq. İspan dilini bilən insanlar rahatlıqla italyan, fransız dillərini də mənimsəyirlər.

 

 

Xarici dil olaraq ispan dilini öyrənərək yeni ölkələri kəşf edin:

 

 

İspan dilinin istifadə olunduğu ölkələr arasında İspaniya, Meksika, Kolumbiya, Venesuela, Peru və bir sıra latın Amerikası dövlətləri yer alır. İspan dilini bilmək bu yerləri kəşf etməl, fərqli mədəniyyətlərlə tanış olmağınızı təmin edəcəkdir.

 

 

Bəs ispan dilini necə öyrənib, inkişaf etdirəcəksiniz?

 

 

Dili artıq müəyyən qədər mənimsədikdən sonra inkişaf etdirmək üçün onunla bağlı qəzetlər və ya onlayn yazılar oxuya bilərsiz. Hər gün ispan dilində qəzet tapmağınız çətin ola bilər. Ona görə də internetdəki öyrənmə saytlarına göz ata bilərsiz. Həmçinin, sevdiyiniz əsərləri bu dildə oxumağa çalışın. Çünki onların  mövzusunu bildiyiniz üçün həmin əsəri ispan dilində oxuyarkən çətinlik çəkməyəcəksiz. Yazı yazaraq da dilinizi inkişaf etdirə bilərsiniz. Bu dildə hər hansı bir mətn yazmaq mümkündü. Həmçinin, özünüzə ispan dilini bilən bir dost tapa bilərsiz. Həmin şəxslə davamlı olaraq bu dildə danışaraq onu inkişaf etdirə bilərsiz.

 

 

Fidan Ali