Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-17 12:00:00
“WorldSkills Asia 2021” bacarıq yarışlarında Azərbaycanlı iştirakçı 4-cü yeri tutub
“WorldSkills Asia 2021” bacarıq yarışlarında Azərbaycanlı iştirakçı Hüseyn Qəmbərov ümumi reytinqdə 707 bal ilə 4-cü yeri tutub. O, kibertəhlükəsizlik sahəsi üzrə yarışlara qatılıb.
 
 
AzEdu.az xəbər verir ki, Yarışma 3 fərqli moduldan ibarət olmaqla 3 gün ərzində davam edib. Birinci modulda “Data Leak Prevention systemi (DLP)”ni konfiqurasiya etmək, ikinci modulda DLP siyasətlərini yazıb tətbiq etmək, üçüncü modulda isə VPN proqramı ilə kompüter şəbəkəsi yaradıb onu konfiqurasiya etmək tələb olunub.
 
 
Nəzərinizə çatdıraq ki, Hüseyn Qəmbərov ARTİ-nin həyata keçirdiyi “Kibertəhlükəsizlik” təlim layihəsinin iştirakçısıdır.
Qeyd edək ki, “WorldSkills Asia 2021” yarışları ümumilikdə 26 ölkədən olan 122 iştirakçı arasında 13 ixtisas üzrə keçirilib.