Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-16 17:17:00
Bu gün COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb  

Avqustun 16-da Azərbaycanda 251 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

 

AzEdu.az xəbər verir ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 206, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45 nəfər təşkil edib.

 

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 794 min 483, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 420 min 144, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 374 min 339 nəfər təşkil edir.