Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-16 16:09:00
Valideyn etirazı, qadağalar və erkən nikahlar-Əfqan qadının TƏHSİL HƏYATI

İnsam hüquqlarının kifayət qədər az olduğu ölkələrdən olan Əfqanıstanda qadınlar təhsil imkanlarından böyük ölçüdə məhrum edilib.

 

 

Əfqanıstan tarixini araşdırdıqda, bu ölkədə heç vaxt qadınlara sabit bir hüquq və azadlıq verilmədiyini görürük. Burada qadın geriliyinin ən böyük səbəbi onların çoxunun savadsız olmasıdır.

 

 

AzEdu.az əfqan qadınlarının təhsil sahəsində qarşılaşdığı problemləri təqdim edir:

 

 

Təhsil imkanının kifayət qədər olmaması;

 

 

Ölkədə kitab, məktəb və universitet azlığı təhsilə ciddi problem yaradır.  Belə ki, 462 qadın arasında aparılan sorğu nəticəsində məlum olub ki, onların 226-sı bu səbəbdən təhsil ala bilməyib.

 

 

Qızların məktəbə getməsinə valideynlərin etirazı;

 

 

Bir çox ailə qız övladlarının oxumasına qarşı çıxır. Onların fikrincə qız uşaqlarının oxuması düzgün deyil.

 

 

Kəndlərdə və ucqar bölgələrdə qız liseylərinin olmaması;

 

 

İbtidai və orta məktəbi bitirən qızların bir qisminə liseydə oxumaq üçün şəhərə getməyə icazə verilmir. Bu səbəbdən  təhsilləri yarımçıq qalır.

 

 

Qadın müəlimlərin azlığı;

 

 

Ölkədə qız uşaqlarına qadın müəllimlər dərs keçir. Əfqanıstan Təhsil Nazirliyinə görə 2010-cu ildə ölkənin 90 kəndində qadın müəllimlərin çatışmazlığından bu ərazilərdə qızlar təhsil ala bilməyib.

 

 

Qız uşaqların ərkən yaşda evləndirilməsi;

 

 

Əfqanıstanda evli olan lisey tələbələrini görmək adi haldır.  Hər nə qədər dövlət tərəfindən evli qadınların oxuması qadağan edilməsə də,  həyat yoldaşları buna icazə vermir.

 

 

Araşdrmalar evli qadınların  93,9 faizinin həyat yoldaşları tərəfindən oxumalarına qarşı çıxıldığını müəyyən edib.

 

 

Son olaraq qeyd edək ki ,Əfqanıstanda qadın əhalin 31% təhsildən məhrumdur.

 

 

Gülcahan Məmmədova