Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-23 18:50:44
Deputatadan acı ETİRAF: “40-dan çox universitetimiz diqqətdən kənarda qalıb”

"Ali məktəblərə qəbul imtahanlarının nəticələri həmişəki kimi günün əsas mövzusuna çevrilib".

AzEdu.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şuranın üzvü, millət vəkili Aydın Mirzəzadə özünün "Facebook" səhifəsində yazıb. 

A.Mirzəzadə bildirib ki, 15 nəfərin ən yüksək - 700 bal toplaması və onların seçdiyi universitetlər mətbuatın və sosial şəbəkənin müzakitə etdiyi qızğın məsələlərdir:

"Ancaq təəssüf edirəm ki, yenə də həmişəki kimi keçid balını keçərək tələbə hüququnu əldə etmiş 40 minə qədər digər gəncin sevinci və onların seçəcəyi 40-dan çox universitetimiz diqqətdən kənarda qalıb.

4-5 ildən sonra cəmiyyətimizə təkcə diplomat, həkim, neftçi, İKT mütəxəssisi deyil, eyni zamanda ibtidai sinif və əmək təlimi müəllimi, baytarlar və aqronomlar, su-kanalizasiya mühəndisləri, metallurqlar, idman məşqçiləri və yüzlərlə digər vacib ixtisas mütəxəssisləri lazım olacaq. Və bu zaman onların neçə bal yığmalarının və hansı ali məktəbi bitirməyinin əhəmiyyəti olmayacaq.

Təbrik edirik, 40 minlik yeni tələbə ordusu".