Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-15 14:58:00
Rektorun qızı ali məktəbə qəbul oldu-FOTO

 

Ölkənin  nüfuzlu  ali  təhsil  müəssisələrindən olan Bakı Ali  Neft  Məktəbinin rektorunun qızı  Azərbaycan Tibb Universitetinə qəbul  olub.

 

Bu  barədə  rektor  Elmar  Qasımov  öz  feysbuk hesabında  paylaşım edərək sevincini  bölüşüb.

 

AzEdu.az  rektorun  paylaşımını  təqdim  edir:

 

“Mən də övladımın Ali Məktəbə qəbul olma sevincini yaşadım. Qızım Nigar Qasımova Avropa liseyini gümüş medalla bitirərək, qəbul imtahanlarından 623 bal toplamaqla Tibb Universitetinə qəbul oldu.

 

Avropa liseyinin direktoru Zülfiyyə xanım Veysova ( Şəkildə soldan birinci) başda olmaqla, Nigarın bütün müəllimlərinə dərin minnətdarlığımı bildirirəm.

 

Əziz müəllimlər, haqqınızı halal edin”.