Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-13 11:24:00
Gələcəyin peşələri BUNLAR olacaq-İnsan əməyi getdikcə azalır

Texnologiyanın  sürətlə inkişaf etməsi nəticəsində bir çox iş yeri avtomatlaşdırıldı. 2030-cu ilə qədər bu prosesin daha da artacağı gözlənilir.   Oxsford Universitetinin araşdırmasını  göstərir ki,  yaxın 10 ildə bir çox sahədə   insan əməyinə ehtiyac qalmayacaq.


Gələcəkdə populyarlaşacaq və yox olacaq peşələr.

 

AzEdu.az onları təqdim edir

 

ROBOT  MÜHƏNDİSLİYİ


Günümüzdə robot texnologiyası  bir çox sektorda aktiv şəkildə istifadə olunur.  Məsələn, istehsal xətlərinin başında robotlar görmək artıq təəccüblü deyil.


Robot Mühəndisi müvafiq proqram hazırlayaraq robotlar üçün tapşırıqları müəyyənləşdirir. Bu tapşırıqlar üçün  lazımi əmrləri və koordinatları verir. Bu peşəni seçmək istəyənlər  riyaziyyat fənnini ,  kompüter , program  alqoritmini yaxşı bilməlidir.


Kibər təhlükəsizlik mütəxəssisi


Texnologiyadan bəhs edildiyi zaman ağla gələn ilk suallardan biri “Rəqəmsal platformalar nə qədər təhlükəsizdir?”  olur.  Hacker hücumları bir çox insanın  və ya qurumun başına gələ bilər. Bu vəziyyət, Kibər şəbəkələrin ən son və ən müasir texnologiya ilə qorunmasını zəruri edir.  Kibər Texnologiya mütəxəssisi olmaq üçün kompüter texnologiyasını yaxşı bilmək və analitik düşünmək lazımdır.

 

PROGRAM VƏ TƏTBİQ YARADICISI

 

 Proqramlardan  demək olar ki, hər sahədə istifadə olunur.  Proqram və tətbiq yaradıcıları ehtiyaclara uyğun proqram hazırlamaq, tez-tez istifadə etdiyimiz tətbiqləri inkişaf etdirməklə həyatımızı asanlaşdırırlar.  Bu sahə gələcəkdə populyarlığını qoruyacaq peşələr arasında yer alır .

 

OYUN QURUCUSU


Oyun sahəsini yaxından izləyən və oyun oynayan birisinizsə, son beş il ərzində bu sahənin nə qədər ciddi  irəliləyiş əldə edildiyini asanlıqla müşahidə edə bilərsiniz.  Texnologiyanın gündən-günə inkişaf etdiyi və internetə sərf etdiyimiz vaxtın uzandığı bu günlərdə oyun sahəsi çox sürətlə inkişaf edir.  Oyunların infrastrukturları, effektləri  daim yenilənir və inkişaf etdir. Gələcəkdə bu sahə üzrə işləmək istəyənlər, , dizayn və effekt proqramlarını yaxşı bilməlidir . 

 

Online Marketing


Son bir ildə bütün dünyada yaşanan pandemiya prosesi nəticəsində online ticarət sürətlə inkişaf etdi . Bu gün bir çox sektor öz məhsullarını online şəkildə satır. Online marketinq mütəxəssisi olmaq üçün rəqəmsal trendləri yaxından izləmək, sosial media platformalarını yaxşı bilmək, özünü SEO, Google Analytics-də inkişaf etdirmək lazımdır

 

Bank işçisi, səyahət rəhbəri , kassir, dərzi kimi peşələrin 2030-cu   ilə qədər yox olacağı gözlənilir  . Həmin iş yerlərində artıq insan əməyinə ehtiyac qalmayacaq. Bu siyahının illər keçdikcə artması isə qaçınılmazdır.

 

Məmmədova Gülcahan