Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-12 14:05:00
Biblioterapiya - kitab oxumaqla  müalicə üsulu-Bu şəkildə sağalın  

Bibliyoterapiya eyni vaxtda, doğru insanla doğru kitabın qarşılaşmasıdır.Terapiya üçün kitab seçərkən müalicə  olunacaq şəxsin psixoloji durumuna diqqət yetirmək çox önəmlidir.

 

AzEdu.az Biblioterapiya haqqınnda araşdırmanı təqdim edir .

 

 Bibliyoterapiya 3 mərhələdə tamamlanır.

 

1.Uyğunlaşma və əks etdirmə. Bu mərhələdə şəxs kitabdakı hadisələrlə tanış olur,xarakterləri qarşılaşdırır və öz üzərində müqayisə edir.

 

2.Emosianal Partlayış-Üzləşmə. İnsan müəyyən müddət keçəndən sonra yaşadıqlarını xatırlamağa başlayır.Bəzən bu müəyyən qədər zaman alır. Sanki keçmişdə yaşadıqlarını xatırlamaqla rahatlamış olur.

 

3.Bütünləşmə. Bu mərhələ son mərhələdir. İnsan hadisələrə daha fərqli yöndən baxmağa çalışır.Kitabdakı hadisələrə əsasən özünü daha uyumlu vəziyyətdə görmək istəyir.Problemlərin həllində daha yaradıcı davranır.

 

Bibliyoterapiya hər şeydən əvvəl insana yaşadığı sıxıntının təkcə onun başına gəlmədiyi,başqa insanların da bu problemlə qarşılaşdığını xatırladır.Yəni bir növ insan yaşadıqlarıyla “üzləşir”.Şəxs kitab oxuyarkən problemlərə daha yaradıcı yanaşmanı da öyrənir.

 

 Biblioterapiya zamanı özünüzə bu sualları verə bilərsiziz.

 

Özünüzü hər hansı bir personajla müqayisə etdinizmi?

 

Hekayədəki hadisələrdən sizin başınıza gələn olub?

 

Qəhrəmanlar tanıdığınız birini xatırladırmı?

 

Hekayədə dəyişmək istədiyiniz bir şey var?

 

Qəhrəman niyə bəyənilir və ya beyenilmir?

 

Kitabın ən çox sevdiyiniz hissəsi hansıdır?

 

Hekayədəki vəziyyətdə siz olsaydınız nə edərdiniz?

 

Qəhrəmanın problemi həll etmə üsulu sizin üçün məntiqlidirmi? 

 

Həyatda qəhrəman kimi biri olsaydı, onunla necə rəftar edərdiniz?

 

Son olaraq qeyd edək ki,  Bibliyoterapiya böyüklərdə yazı , uşaqlarda isə oyun terapiyası ilə birlikdə tədbiq edilir.Bu müalicənin sıxıcı olmaması üçündür.

 

Gülcahan Məmmədova