Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-11 09:30:00
Azərbaycanın yeniyetmə şahmatçısı Dünya Kubokunun qalibi olub

Azərbaycanın yeniyetmə şahmatçısı Cahandar Azadəliyev rapid üzrə Dünya Kubokunun qalibi olub.

 

AzEdu.az-ın məlumatına görə, o, 12 yaşadək şahmatçılar arasında onlayn formatda keçirilən yarışda bütün görüşlərini qələbə ilə başa vurub.

 

10 mümkün xaldan hamısını toplayan Azadəliyev çempionluq tituluna sahib çıxıb.

 

Qeyd edək ki, Dünya Kubokunda iştirak edən Azərbaycanın digər iki şahmatçısından Ramazan Şərifov 54-cü, İsmayıl Məmmədov isə 186-cı yeri tutub.