Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-10 13:36:00
“History of Science” jurnalının dördüncü sayı işıq üzü görüb

“History of Science” beynəlxalq elmi-nəzəri araşdırmalar jurnalının 2021-ci il üçün ikinci sayı (2021, Cild 2, Say 2, Sıra 4) çapdan çıxıb. Jurnalın yeni nömrəsində 9 məqalə və bir elmi müsahibə nəşr edilib.

 

AzEdu.az xəbər verir ki Jurnalın bu sayında “Qanun hüququn mәnbәlәri sistemindә”, “Dizayn vasitəsilə uşaqların bədii təfəkkürünün inkişaf xüsusiyyətləri”, “Yaxın şərq münaqişəsi BMT qərarları fonunda”, “Azərbaycan-Türkmənistan əməkdaşlığı: gələcəyə baxış”, “Tarixdə alanlar və onların Qafqaz tarixində yeri və rolu”, eləcə də “Dilçilikdə elektron lüğət konsepsiyası”  başlıqlı məqalələr yer alıb.

 

Həmçinin “Şəxsiyyətin formalaşmasında ailənin rolu”, “Ermənilər Dağlıq Qarabağ ərazisindəki tarixi abidələri oğurlamağa cəhd edir”, “Naxçıvan qəzası əhalisinin say dinamikası və etnik tərkibi (1849-1917-ci illər) (rusdilli mənbələr əsasında)” adlı məqalələr, o cümlədən AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirovla müsahibə təqdim olunub.

 

Jurnalın redaksiya heyətinin sədri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, baş redaktoru fəlsəfə üzrə elmlər doktoru, dosent Ələddin Məlikov, baş redaktorun müavini Şahin Yəhyayev, məsul katibi isə Nuray Tanrıverdiyevadır.

 

Qeyd edək ki, “History of Science” jurnalında müxtəlif elmlərin tarixi, formalaşması, təsnifatı, inkişafı və təsviri, eləcə də elmi ixtira və kəşflərə dair materiallar dərc olunur. Jurnalda ictimai və humanitar elmlər, fizika-riyaziyyat və texnika elmləri, yer elmləri, kimya elmləri, biologiya və tibb elmləri bölmələri üzrə Azərbaycan, rus, ingilis, türk, ərəb və fars dillərində məqalələr təqdim olunur.

 

Məqalələr ilə bu link vasitəsilə tanış ola bilərsiniz.