Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-09 11:36:00
9 illik təhsil bazasından kolleclərə ixtisas seçimi nəvaxt başlayacaq?-DİM
Dövlət İmtahan Mərkəzi tərəfindən 11 avqust 2021-ci il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aşağıdakı imtahanların keçirilməsi nəzərdə tutulub.
 
1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;
 
 
2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;
 
 
3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;
 
 
Yuxarıdakı 3 kateqoriyaya aid olan abituriyentlər buraxılış vərəqəsini verilən linkdən (https://eservices.dim.gov.az/brxv) çap edirlər.
 
 
4. İyun ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanı;
 
 
5. Eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.
 
AzEdu.az DİM-ə istinadən xəbər verir ki, 9 illik təhsil bazasından Kolleclərə sənəd qəbulu və ya ixtisas seçimi Qəbul və qabiliyyət imtahanları keçirildikdən sonra ixtisas seçimi başlayacaq. 
Firayə Allahverdiyeva
Müəllifin digər yazıları