Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-09 10:12:00
SODİMER Akademiyası artıq Azərbaycanda

Fəaliyyətə başladığı gündən etibarən müəllimlərə xidmət edən və onlarla birlikdə çalışan SODİMER Rəqəmsal Müəllimlər Akademiyası artıq Azərbaycandadır.

 

AzEdu.az xəbər verir ki, azərbaycanlı müəllimlərin ehtiyaclarına uyğun olaraq hazırlanan dərs vəsaitləri ilə rəqəmsal və pedoqoji biliklərin artırılması hədəflənir.

 

Bir il müddətində tələbələrindən uzaq qalan müəllimlərin həyəcanla yeni mövsümdə onlarla görüşməyi gözləyərkən özlərini inkşaf etdirməsi vacibdir.
Bu işdə SODİMER müəllimlərə dəstək olacaq. 

 

SODİMER rəhbəri, professor Levent Eraslan akademiyanın Azərbaycanda fəaliyyətə başlamasını yüksək qiymətləndirib:

 

“Türkiyədə xidmət və xidmət öncəsi dövrdə müəllimlərin peşə bacarıqlarını inkişaf etdirmək və təhsil sahəsində əlavə dəyərli layihələr hazırlamaq üçün fəaliyyətlər göstərən SODİMER Rəqəmsal Müəllim Akademiyası artıq qardaş ölkə Azərbaycanda müəllimlər üçün əlçatandır. Azərbaycanda təhsilə dəstək vermək, təhsil sahəsində beynəlxalq əlaqələri inkişaf etdirmək və təhsildə sosial məsuliyyət anlayışımızı qlobal arenaya daşımaq əsas məqsədimizdir. Ödənişsiz olaraq yenidən ictimai məlumatlılığı artıracağıq”.