Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-06 17:40:00
"Oxumaq heç vaxt gec deyil" layihəsinin Türkiyədə təqdimatı keçirildi-"Türk dünyasına daşınacaq"-FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin məlum Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi ilə görülən tədbirlərin davamı olaraq Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Türkiyənin Bursa şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

 Konfrans Bursa Uludağ Universitetin (UU) rektoru Saim Kılavuz, Bursa Böyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaş, Azərbaycan Milli Məclisinin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın həqiqi üzvü, akademik Rəfael Hüseynov, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Attar, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş icraçı direktoru Elnur Əliyev, Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun təşkilatçılığı ilə baş tutub.

 

 

Konqresdə digər türk dövlətlərindən dəyərli alimlər, təhsil işçiləri də iştirak edib. Çıxışlarda alimlər Nizami Gəncəvi ədəbi məktəbi və poetik ənənələri XIII-XX əsrlərdə Şərq və Qərb mədəniyyətlərində; şairin qəzəllərinə yanaşmalar; Nizaminin memarlıq düşüncələri kontekstində Azərbaycanın Səlcuqlar dövründəki memarlıq mövzularında fikir və düşüncələrini bölüşüblər. Konqresdə Azərbaycan gecəsi adlı musiqili tədbir də təşkil edilib. Möhtəşəm gecədə  konqresə fəxri qonaq kimi dəvət alan  Aynur İbrahimova rəhbəri olduğu ölkəmizdə bir ilk olan, könüllü təşkil edilən, təhsilsiz valideynlərin(xanımların) ödənişsiz dərslərə cəlb edilməsi, universitet , texnikum və kolleclərə hazırlanması missiyasını yerinə yetirən "Oxumaq heç vaxt gec deyil"  layihəsinin təqdimatını edib .

 

Layihə türk xalqları içərsində böyük coşğu və maraqla qarşılanıb. Artıq "Oxumaq heç vaxt gec deyil" layihəsini türk dünyasına daşımaq, yaymaq və gələcəkdə tətbiq etmək təklifləri səsləndirilib. Konqresin sonunda gənc müəllim Aynur İbrahimova sertifikatla təltif edilib. Konqres möhtəşəm qala gecəsi ilə yekunlaşıb. Çox gözəl təşkil olunmuş konqresə görə Azərbaycan-Kıbrıs Dostluk Cemiyyətinin başqanı Orhan Hasanoğluna təşəkkür edilib.