Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-05 16:10:00
MİQ-ə 120-dən çox tələbə-könüllü dəstək göstərib

2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb. Bakı, Sumqayıt və Abşeronda təşkil edilmiş işə qəbul imtahanlarına 120-dən çox “Bir” tələbə-könüllü dəstək göstərib.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, tələbə-könüllülər 21 gün davam edən imtahanlarda namizədlərin məlumatlandırılması, imtahan nəzarətçisi, istiqamətləndirmə, sosial izolyasiya qaydalarına riayət, eyni zamanda, imtahan prosesində nəzarətçi kimi fəaliyyətlərdə könüllü dəstəyi göstəriblər.

 

Qeyd edək ki, tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən “Bir” tələbə-könüllü proqramı tərəfindən indiyədək 750-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib.