Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-04 16:33:00
İyul ayında 219 nəfərin diplomu tanınıb  

Təhsildə Keyfiyyət Təminatı Agentliyi iyul ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb. Belə ki, iyul ayı üzrə 257 müraciətçinin 219-u barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 38 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

 

AzEdu.az xəbər verir ki, tədris yükünü mənimsəmək üçün təhsil  aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 13, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 12, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 7, digər səbəblər üzrə 6 nəfərin  müraciəti mənfi qərarla yekunlaşıb.

 

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 121, Ukraynadan 50, Türkiyədən 46, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 12, Gürcüstandan 11, digər ölkələrdən isə 17 müraciətin olduğu müşahidə olunur.

 

Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 70, hüquqşünaslıq üzrə 31, iqtisadiyyat üzrə 16, biznesin idarə edilməsi üzrə 15, menecment üzrə 13 nəfər müraciətçi qeydə alınıb.

 

Qeyd edək ki, iyul ayı ərzində sənədlərə ortalama baxılma müddəti 14 gün təşkil edib.

 

Vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün  www.taninma.az internet keçidinə müraciət edə bilərlər.