Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-03 15:25:00
İngilis dili müəllimlərinin xarici dil bacarıqlarını beynəlxalq səviyyədə təsdiq edən imtahanlara qeydiyyat başlanır

Dövlət İmtahan Mərkəzi (DİM) “Cambridge Assessment English” beynəlxalq qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olaraq ingilis dili müəllimlərinin xarici dil bacarıqlarını beynəlxalq səviyyədə təsdiq edən kvalifikasiya - TKT (Teaching Knowledge Test) imtahanlarına qeydiyyat elan edir.

 

AzEdu.az xəbər verir ki  , DİM “TKT Module 1”, “TKT Module 2”, “TKT Module 3”, “TKT Module YL” (Young Learners) və “TKT Module CLIL” (Content Language Integrated Learning) üzrə imtahanlar təklif edir.

 

İmtahan oktyabrın 9-da keçiriləcək. İmtahan vermək üçün sentyabrın 4-dək müraciət etmək olar.

 

Xatırladaq ki, DİM “Cambridge Assessment English” rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Qualifications (Cambridge İngilis dili üzrə Qiymətləndirmə), Cambridge English Teaching (Cambridge İngilis dili üzrə Tədris) və LinguaSkill imtahanlarını təklif edir.

 

Namizəd qeydiyyatdan keçdikdən sonra 5 (beş) gün ərzində elektron ünvanına göndərilmiş sənəd (faktura/invoice) əsasında ödəniş etməklə qeydiyyatını təsdiqləyə bilər.

 

“Cambridge” imtahanları barədə ətraflı məlumatı DİM-in saytında yerləşdirilmiş keçiddən əldə etmək mümkündür. Əlavə məlumat üçün [email protected] ünvanına yazmaq olar.