Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-03 14:00:00
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ötən ay 2 min 902 müraciət daxil olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) iyul ayı ərzində 2 min 902 müraciət daxil olub.

 

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində (telefon: (+99412) 599-12-22) 1 318 zəng qəbul edilib.

 

Ötən ay BŞTİ-yə 1267 sənəd (vətəndaşlar tərəfindən 175 ərizə, Təhsil Nazirliyindən 157, digər qurumlardan 167, məktəblərdən 145 məktub, 30 strukturdaxili yazışma və 593 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 317 elektron müraciətə baxılıb.

 

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, informasiya təminatı və digər məsələləri əhatə edib.