Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-02 14:50:00
“Səriştəli metodist” layihəsinə qeydiyyat davam edir  

Təhsil İnstitutu tərəfindən “Məktəblərdə keyfiyyətli metodik xidmət” proqramı çərçivəsində regionlarda “Səriştəli metodist” layihəsinə qeydiyyat davam edir.

İnstitutdan  bildirilib ki, müraciət avqustun 15-dək qəbul olunur. Layihəyə qoşulmaq istəyən şəxslərin müraciətləri aşağıdakı tələblərə əsasən qiymətləndiriləcək:

- Ali təhsil;

- Minimum 5 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzu olunandır);

- Müasir dövrdə təhsilin səmərəli təşkili ilə bağlı beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı;

- “Microsoft Office” proqramları və internet resurslarından istifadə bacarığı;

- Təşkilatçılıq bacarığı;

- Komanda ilə işləmək bacarığı;

- Zərurət olduqda ölkə ərazisi üzrə ezamiyyətə getmək imkanı;

- Yaş həddi: 27-45 yaş arası.

Layihə çərçivəsində iş qrafiki xidməti müqavilə əsasında xüsusi tərtib olunacaq. Layihə iştirakçılara yerli və beynəlxalq ekspertlər tərəfindən keçiriləcək təlimlərə qatılmaq, həmçinin özünüinkişaf və karyerada yüksəliş imkanı qazandıracaq.

Namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.