Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-21 17:13:00
Polşada oxumaq istəyənlərin bilməli olduğu xərclər – Biraylıq qida 300 AZN

Gənclərin xaricdə təhsil üçün üz tutduğu ölkələrdə biri də Polşadır. Digər Avropa ölkələrinə nisbətən, burada qiymətlər daha aşağıdır və təhlükəsizlik isə yüksək həddədir.

AzEdu.az Polşada təhsil haqqında məlumatları təqdim edir:

Polşada müxtəlif universitetlərdə sənəd qəbulu prosesindən asılı olaraq ərizə forması doldurulur. Bakalavr təhsili üçün adətən, orta məktəbtranskripti əlavə etmək lazım gəlir.IELTS və ya TOEFL imtahanı nəticəniz yoxdursa, 1 il hazırlıq mərhələsini (foundation) keçməklə Polşada təhsil ala bilərsiniz. Bakalavr təhsili 3-3,5 il davam edir. Texniki elmlər, kənd təsərrüfatı və iqtisadiyyat isə 3,5-4 il davam edə bilər. 

Magistr təhsili almaq üçün isə bakalavr dərəcəsi və IELTS və ya TOEFL imtahan nəticəsi lazımdır. Bu təhsil pilləsiisə 1.5 və ya 2 ildir.

Polşada ali təhsil müəssisələrinə Dövlət Akkreditasiya Komitəsi nəzarət edir. Komitənin araşdırmalarına görə, 80%-dan artıq Polşa universitetləri yaxşı reytinq qazanır.

Polşada dərs semestri oktyabr ayında başlayır. Polşa universitelərin illik təhsil haqları 1500-5000 avro arasında dəyişir.Bu da universitet və ixtisasdan asılıdır.

Orada tələbənin bir aylıq qida xərci minumum 300 manat olur.Nəqliyyat xərcləri isə bir aylıq yolu pulu kartı  24,3,  aylıq isə 60 manatdır.Ümumi yaşayış xərclərini qarşılamaq üçün  200-400 avro kifayət edir.

Kirayə ev tutduğunuz halda,otaq sayına görə qiymətlər  500-1300 manat arasında dəyişəcək.

Həmçinin müəyyən təqaüd proqramları ilə də Polşada təhsil ala bilərsiniz.

Polşaya viza rüsumu isə 60 avrodur.