Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-30 16:53:00
Lisey və gimnaziyaların boş qalan yerlərinə müraciətlərin qəbulu prosesi həyata keçirilib

İyulun 23-dən 27-dək Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara mərkəzi sistemlə keçirilmiş qəbul imtahanında boş qalan yerlərə müraciətlərin qəbulu prosesi həyata keçirilib. Hər sinif pilləsi üzrə müvafiq keçid balını toplayan şagirdlərin ikinci seçim şansından istifadə imkanı yaradılıb.

 

Bu barədə AzEdu.az-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, iyulun 28-də və 29-da müraciətlər emal olunub. Bu barədə məlumat sy.edu.az saytında qeydiyyatdan keçərkən qeyd edilən işlək əlaqə nömrələrinə SMS xidməti vasitəsilə göndəriləcək.

 

Sənəd qəbulunun isə avqust ayının sonlarına doğru keçirilməsi nəzərdə tutulub. Bununla bağlı vətəndaşlara məlumat veriləcək.

 

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul prosesi Təhsil İnstitutu tərəfindən aparılır.