Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-29 10:36:00
“Qarşıma məqsəd qoymuşdum ki, prezident təqaüdçüsü olacağam”-Respublika birincisi

DİM ikinci və üçüncü ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələrini elan etdi. Statistikaya əsasən, respublika üzrə üçüncü ixtisas qrupu üzrə ən yüksək balı(680)  Sumqayıt şəhər 21 saylı orta məktəbin şagirdi Fuad Quliyev toplayıb.

 

“Yüksək nəticəni özümdən gözləyirdim”

 

AzEdu.az respublika birincisinin imtahan təəsüratlarını təqdim edir:

 

“Qəbul imtahanı üçün hazırlığa başlayanda qarşıma məqsəd qoymuşdum ki, prezident təqaüdünə layiq görülən 25 tələbədən biri olacağam. Bu səbəbdən yüksək nəticəni özümdən gözləyirdim”.

 

Fuad Quliyev açıqlamasında qeyd etdi ki, təkcə son illərdə yox, bütün siniflərdə fənnlərə yüksək hazırlıqlı olub:

 

“Bütün siniflərdə fənnlər üzrə yaxşı hazırlaşmışam, yəni təkcə son illərdə çox oxumağı hədəfləməmişdim. Bu son iki ilin zəhməti deyil, təməldən gəlir.

Universitetlə bağlı dəqiq seçim etməmişəm, lakin hüquqşünaslıq ixtisasını seçməyi düşünürəm”.

 

“Dərs prosesindən yorulanda, təhsil alacaqları ixtisası, universiteti düşünüb özlərini motivə etsinlər”

 

Respublika birincisi abituriyentlərə bu məsləhəti etdi:

 

“Abituriyentlərə əsas tövsiyəm budur ki, gün ərzində 3-4 saat dərslərinə vaxt ayırsınlar. Davamlı-istirahətsiz hazırlığın faydası olmayacaq, mütləq bunu nəzərə alsınlar. Nə zaman dərs prosesindən yorulsalar, təhsil alacaqları ixtisası, universiteti düşünüb özlərini motivə etsinlər”.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları