Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-29 10:12:00
“Dərslərimlə yanaşı futbola və telefona da vaxt ayırmışam”-II qrup üzrə ölkə birincisi

DİM ikinci və üçüncü ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələrini elan etdi. Statistikaya əsasən, respublika üzrə ikinci ixtisas qrupu üzrə ən yüksək göstəricini(691.2 bal )  Salyan şəhər Yusif Qasımov adına 4 nömrəli məktəbin şagirdi Əflan Bədəlov toplayıb. O, buraxılış imtahanında 291.2 bal, qəbul imtahanının ikinci mərhələsində isə 400 bal toplayıb.

 

AzEdu.az respublika birincisinin imtahan təəsüratlarını təqdim edir:

 

“İmtahanla bağlı danışanda həmişə Salyan rayonu üzrə ən yüksək nəticəni toplayacağımı deyirdim. Respublika birincisi olacağımı isə gözləmirdim. 650- və 670-dən yüksək bal toplayacağımı düşünürdüm”.

 

“Uğurumun sirri mövzuların dəfələrlə təkrarında olub”

 

Vunderkid abituriyent imtahanaqədərki hazırlıq prsesindən də danışdı:

 

“Hər şeyə balanslı şəkildə vaxt ayırmağı bacarmışam. Məsələn, telefonla məşğul olmuşam, sevimli əyləncəm olan futbola da zaman ayırmışam, həmçinin gün ərzində 3-4 saat da dərslərimin üzərində olmuşam. 9-cu sinifdən repetitorlarla hazırlaşıram.Uğurumun sirri mövzuların dəfələrlə təkrarında olub”.

 

Əflan Bədəlov digər abituriyentlərə bir neçə tövsiyəsini də səsləndirdi:

 

“Digər abituriyentlərə əsas tövsiyəm budur ki, dərslərini etdikdən sonra istirahətlərinə də vaxt ayırsınlar. Lakin mövzularla bağlı tapşırıqları tam həll etdikdən sonra əlavə məşğuliyyətlərə qatılmaq olar. Öyrəndikləri mövzuları vaxtaşırı təkrarlasınlar”.

 

 Təhsil almaq istədiyi ixtisas...

 

Topladığım bala uyğun “Biznesin idarəedilməsi”, “Maliyyə” ixtisasları üzrə ingilis dilində təhsil almağı düşünürəm. Lakin hələ dəqiq bir universitet seçimi etməmişəm.

 

Əflan Bədəlov həmçinin 3 qat fənn olimpiadası qalibidir.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları