Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-27 14:12:00
"Müəllim kitabda yazılanları əzbərlətdirən robot olmalı deyil"-MİQ-də yüksək bal toplayan namizəd

İyulun 5-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsinə start verilib.

 

 

Müsabiqənin növbəti günündə - 28 iyulda Azərbaycan dili və ədəbiyyat, həmçinin, biologiya müəllimi olmaq istəyən şəxslər özlərini sınayıblar.

 

 

İmtahan prosesində 2 müdavim yüksək nəticə əldə edib.

 

 

AzEdu.az biologiya üzrə yüksək nəticə göstərən namizədlə ünsiyyətdə olub və onun təəssüratlarını öyrənib:

 

 

Salihova Səidə biologiya üzrə 57 bal toplayıb:

 

 

O, 1986-cı il aprelin 24-də Göyçay şəhərində anadan olub. 1992-ci ildə həmin bölgənin Z.Bünyadov adına 3 saylı tam orta məktəbinin 1-ci sinfinə rus sektoru üzrə qədəm qoyub. 2003-cü ildə oranı bitirib, həmin il Bakı Dövlət Universitetinin Biologiya fakultəsinə ödənişsiz əsaslarla qəbul olub. 2007-ci ildə magistraturaya daxil olub.və 2009-cu ildə oranı qırmızı diplomla başa vurub.

 

 

“Təhsil sahəsində iş təcrübəm yoxdur. MİQ-ə 6 ay ərzində onlayn şəkildə hazırlaşdım. İmtahan haqqında deyə bilərəm ki, mənim üçün çətin deyildi. Əksinə hər şey çox rahat və əla idi, istər nəzarətçilər, istərsə də təchizat. Uşaqları çox sevirəm, mənim ən zəif yerimdi. Onlar üçün edə biləcəyim hər şeyin ən yaxşısını edəcəm.

 

 

Rayonda kurikulumla baglı müəllimlər çətinlik çəkir, əasasən də yaşlı nəsil və rus sektoru. Bunları aradan qaldırmaq istiqamətində işlər görmək fikrim var. Öz fənnimlə bağlı mümkün qədər əyani vəsaitlər və maraqlı şəkildə dərs metodları yaratmaq istəyirəm. İdeal müəllim birinci insan olmalı və vicdanlı şəxs kimi yetişməlidir. O,işini sevməli, uşaqların psixologiyasını bilməlidir, çünki gələcəyin toxumları onun əlində yetişir. Müəllim kitabda yazılanları əzbərlətdirən robot olmalı deyil. Bu siyahını çox uzatmaq olar”.

 

 

İştirak edən bütün namizədlərə uğurlar arzu edirik!

Şükufə Süleymanlı
Müəllifin digər yazıları