Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-20 19:30:00
700 bal toplayanların bu qədəri Bakı məktəblərinin məzunudur

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdləri I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstəriblər.

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, I ixtisas qrupu üzrə 297 nömrəli tam orta məktəbin şagirdi Anar Abıyev, 109 nömrəli tam orta məktəbin şagirdi Azər Zeynallı, 169 nömrəli tam orta məktəbin şagirdi Aslan Aşirov, 58 nömrəli tam orta məktəbin şagirdi Sona Mehdizadə, IV ixtisas qrupu üzrə isə 29 nömrəli tam orta məktəbin şagirdi Nərmin Balakişiyeva, 192 nömrəli tam orta məktəbin şagirdi Anar Kərimxanov bütün suallara düzgün cavab verərək 700 bal toplayıblar.

Qeyd edək ki, imtahanlarda respublika üzrə I ixtisas qrupu üzrə 11 abituriyent, IV ixtisas qrupu üzrə isə 4 abituriyent 700 bal toplayıb.