Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-11 11:28:00
Mingəçevir Dövlət Universitetində yaz semestrinin imtahan sessiyası uğurla başa çatıb

Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin yaz semestrinin iyunun 3-dən iyulun 5-dək keçirilən imtahan sessiyası uğurla yekunlaşıb.

 

Universitetdən  AzEdu.az- a bildirilib ki, MDU-da bütün imtahanlar “Microsoft Teams” platforması üzərindən onlayn qaydada şifahi formada təşkil olunub.

 

Sessiya müddətində bakalavriat səviyyəsində 109 qrupda təhsil alan 1961 tələbə ümumilikdə 628 imtahanda iştirak edib. Əksəriyyət tələbənin müvəffəq nəticələr göstərdiyi imtahanlarda cəmi 22 tələbənin akademik borcu qalıb. Tələbələrdən 4-ü isə imtahan sessiyasında iştirak etməyib. Apellyasiya Komissiyasına cəmi 4 müraciət daxil olub.

 

Magistratura səviyyəsində isə 13 qrup üzrə ümumilikdə 68 imtahan keçirilib. Bütün magistrantların iştirak etdiyi imtahanlarda müvəffəqiyyət göstəricisi 100 faiz olub.

 

Təhsil nazirinin müvafiq əmrinin tələbləri çərçivəsində təşkil olunan sessiya ərzində İmtahan Qərargahının, “Qaynar xətt”in və Apellyasiya Komissiyasının adekvat formada fəaliyyət göstərməsi təmin edilib. Müəllimlərdən ibarət “İmtahanlara dəstək qrupu” və gənc əməkdaşlardan ibarət “Texniki dəstək qrupu” imtahan prosesinin səmərəli təşkilində mühüm rol oynayıb. Mövcud reallıqlar nəzərə alınmaqla təşkil olunan imtahan sessiyasında tələbə təşkilatlarının fəal üzvləri də yaxından iştirak ediblər.