Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-08 12:48:00
“Yaxşı müəllimi əldə saxlamaq üçün 2000 manatdan çox  maaş təklif etməlisən”-Şəmil Sadiq

 

“Azərbaycanda rəsmi işləyən özəl təhsil sektoru (liseylər, kurslar) ədalətli olmayan rəqabətdə əzilmək durumundadır. Çünki artıq hər ev bir məktəbə çevrilib, repetitorluq qara bazar rolunu oynayır”.

 

AzEdu.az  xəbər verir ki, bunu  Hədəf  Liseyinin direktoru, f.ü.f.d.,dos. Şəmil Sadiq  deyib.

 

O, müəllimlərin gəlir səbəbi ilə daha çox repetitorluğa üstünlük verdiyini bildirib:

 

“Bunun üçün də müəllimlər hansısa şirkətdə işləməkdənsə, ev repetitorluğunu daha üstün tuturlar ki, bunda da haqlıdırlar. Çünki verilən maaş repetitorluğun gəlirini əvəz edə bilmir. Düzdür, burda bəzi müəllimlər normal gəlir əldə edirlər ki, bu da haqlıdır. Amma etiraf edək ki, rəsmi öhdəliklərlə birgə müəllimin orta maaşı 1500+ çox ağırdır. Bugünkü durumda buna maliyyə durumu heç bir halda imkan vermir. Yaxşı müəllimi (söhbət yaxşı müəllimdən gedir) əldə saxlamaq üçün 2000 + maaş təklif etməlisən. Halbuki gəlir-çıxara baxanda bu, bu 700-1200 arası ola bilir”.

 

Direktor, şəraitin yaranmasına əsas səbəbin  maaşların az olmasını  göstərib:

 

“Bu şəraitin yaranmasında səbəb məktəb maaşlarının az olması və müəllimlərin evləri məktəbə çevirib özəl dərslər verməsidir ki, bu zaman heç bir vergi yükü daşımırlar. Bunun üçün də kurslar, liseylər bu proseslə ayaqlaşa bilmir və bilməz də. Çünki icarə, vergi, inzibati işçilərin saxlanılması və əhalinin maddi rifahının aşağı düşməsi səbəbilə ödəmə qabiliyyətinin minumuma düşməsidir”.

 

O, repetitorluq bazarında ədalətsiz rəqabətin yarandığını vurğulayıb:

 

“Bunu deməkdə məqsədim repetitor dostlarımın bostanına daş atmaq deyil. Amma qara bazar kimi fəaliyyət göstətın repetitorluq bazarı bu balansı pozur və ədalətsiz rəqabət yaranır. Əslində isə müəllim maaşı normal olarsa, o ştat işçi olaraq gündəlik 8 saat işləməklə ehtiyacını qarşılaya bilərsə, müəllimlər 8-10 saatlıq dərs götürməklə, sonra məktəbdən kənar hazırlıqlara vadar olmaz. Bəlkə də, bu proses höküməti məcbur edəcək ki, maaş artımına getsin. Amma ki, özəl təhsil sektoru bu bdurumda qətiyyən inkişaf edə bilməz. Bilməyəcək də..”