Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-07 10:42:00
Keçdiyi pulsuz dərslərlə çoxlarının xoşuna gəlməyən təhsil islahatçısı Nobel mükafatı laureatı Qabriela Mistral
TƏHSİL İSLAHATÇISI, NOBEL MÜKAFATI LAUREATI QABRİEALA MİSTRAL HAQQINDA
 
Çili şairəsi Qabriela Mistralda müəllimliyə həvəsi bacısı oyatmışdır. Bacısının təsiri altına düşən Qabriela da müəllimə olmaq həvəsinə düşür. Mistral 1907-ci ildə Lya-Kantera kəndində müəllim köməkçisi işləyərkən Santyaqoda pedaqoji peşə məktəbində müəllimə vəzifəsini tutmaq üçün keçirilən müsabiqədən qalib çıxır. Mistralın öz pedaqoji ideyaları var idi. O, məktəbdə dərs deməklə yanaşı, həm də yaşlılara pulsuz təhsil verirdi ki, bu da çoxlarının xoşuna gəlmirdi. Bir müddət keçdikdən sonra Qabriela Çilidə hinduların ən çox yaşadığı Temuko şəhərində qızlar liseyinə direktor təyin olunur. Onun adı həm də ölkədən kənarda ilk Çili qadın şairi kimi çəkilməyə başlayandan sonra pedaqoji istedadı da tanınmağa başlandı. Bunu nəzərə alaraq, onu Santyaqo şəhərində liseylərin birinə direktor təyin edirlər. Maraqlıdır ki, bu məktəbdə onun şagirdlərindən biri, dünya şöhrətli şair, gələcəyin Nobel mükafatçısı Pablo Neruda olmuşdur.
Mistralın Santyaqo liseyində direktor işlədiyi vaxt Çilidə yalnız universitet məzunlarına müəllim
 
işləmək hüququ verən qanun qəbul olunur. Liseydən çıxarılan Mistral Meksika Təhsil Nazirliyindən orta məktəblərdə islahatlar aparmaq üçün dəvət alır.
Onun orta təhsilin inkişafı haqqında işlədiyi layihə Meksikada öz bəhrəsini verir.
 
 
Mistral 1945-ci ildə «adını bütün Latın Amerikasının idealist simvoluna çevirən və həqiqi hisslərini təcəssüm edən poeziyasına görə» ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü.
1954-cü ildə o, Çili Universitetinin ona fəxri ad verməsi ilə əlaqədar vətəninə dönür və prezident sarayının qarşısında iki yüz min nəfər dinləyicinin iştirak etdiyi mərasimdə mühazirə oxuyur.
 
 
Şagirdi olmuş Pablo Neruda onun vətənə dönüşünü belə təsvir etmişdir: "Sentyabr gəldi və yüyö çiçəklədi. Torpaq başdan-ayağa sapsarı örtüyə bürünüb. Sahildə artıq dördüncü gündür ki, cənub küləyi tükənməz bir şiddətlə əsir, gecənin qoynunu səs-küylü bir hərəkətlə doldurur.
Sən bizə gəlirsən, Qabriela, ey Çili yüyölərinin, sahil qayalarının, nəhəng küləyin sevimli övladı. Və biz səni sevinclə qarşılayırıq. Sən çililisən. Sən xalqa məxsussan. Sənin ayaqyalın uşaqlar haqda misralarını heç kəs unutmayacaq. Sənin «Zəhirmar sözləri»ni heç kəs yaddan çıxarmayıb. Sən həmişə sülhü müdafiə etmisən.
 
 
Sən, Qabriela, vətənin Çilinin sarı yüyölərinin, tikanlı kollarının yanına qayıdırsan. Və mən səni səmimi sözlərlə-əzəmətlə səslənən, bizim qırılmaz dostluğumuza layiq həqiqi, çiçəkləyən və sərt sözlərlə qarşılamalıyam. Daşlardan və bahar çiçəklərindən ucaldılmış darvazalar sənin üzünə taybatay açılıb.
 
 
Mənə səsimizə, işimizə görə hörmət qazanacaq mahiyyəti, həqiqəti səninlə bölüşmək nəsib olub. Qoy dünyada And dağları və okeanla ayrılmış vətənimizin torpağında sənin ecazkar ürəyin rahat olsun, qoy o yaşasın, mübarizə aparsın, nəğmə oxusun. Mən sənin nəcib alnını öpüb nəhayətsiz poeziyan önündə baş əyirəm."
 
paylaşdı:Deputat Etibar Əliyev