Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-06 16:43:00
Azərbaycanda daha 78 nəfər koronavirusa yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 78 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından ölən olmayıb.


İndiyədək ölkədə ümumilikdə 336 557 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 513 nəfər müalicə olunaraq sağalıb, 4 978 nəfər vəfat edib, aktiv xəstə sayı 1066 nəfərdir.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9952, ötən müddət ərzində isə ümumilikdə 3 802 992 test aparılıb.