Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-06 13:19:00
Əvvəlki  illərdə  qeyri-məqbul qiymət alan abituriyentlər qəbul imtahanlarına buraxılacaq?- Rəsmi CAVAB

 

Qəbul imtahanları ilə bağlı  əvvəlki  illərin  məzunlarının bir  qismini  maraqlandıran suallardan biri də  imtahanlarda  qeyri-məqbul qiymət alanların qəbul imtahanlarına buraxılmasına icazə verilib- verilməyəcəyidir.

 

AzEdu.az  xəbər verir ki, Dövlət İmtahan  Mərkəzi mövzu ilə bağlı cavabında  həmin  şəxslərin də  qəbul və qabiliyyət imtahanlarında iştirakına şərait yaradılacağını bildirib:

 

“Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin daha əvvəl keçirilən imtahanlarda qeyri-məqbul qiymət alan abituriyentlərin nəzərinə çatdırırıq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən onların da qəbul (o cümlədən qabiliyyət) imtahanlarında iştirakına şərait yaradılacaq”.

 

Qeyd  edək  ki, DİM tərəfindən avqust ayının birinci  keçiriləcək imtahanların  tarixi açıqlanıb.