Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-01 17:38:00
DİM: Sabahdan imtahan protokolları və cavab vərəqlərinin emalı aparılacaq

İyulun 1-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı və eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, iyulun 2-dən etibarən Mərkəzdə imtahan protokolları və cavab vərəqlərinin emalı aparılacaq.

 

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.