Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-29 16:28:00
Elmi seminar: İqtisadi qərarların verilməsində koqnitiv xətalar və onların davranışda təzahürü  

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İqtisadi qərarların verilməsində koqnitiv xətalar və onların davranışda təzahürü” mövzusunda elmi seminar keçirilib.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və UNEC Koqnitiv İqtisadiyyat Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə keçirilən seminara ABŞ, Almaniya, İngiltərədən olan tədqiqatçılar da qatılıb.

 

Seminarı giriş sözü ilə açan UNEC-in Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova mövzunun aktuallığına diqqət çəkərək, mərkəz tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.

 

UNEC Koqnitiv İqtisadiyyat Tədqiqat Mərkəzinin rəhbəri, dosent Mənsur Bərxudarov XXI əsrin yeni elm sahəsi olan koqnitiv iqtisadiyyatın iqtisad elminin maraqları baxımından, həmçinin milli iqtisadi maraqlar baxımından faydalı olduğunu bildirib.

 

Sonra UNEC Koqnitiv İqtisadiyyat Mərkəzinin rəhbər müavini, ABŞ-ın Auburn Universitetinin professoru Samir Hüseynov təqdimatla çıxış edib. O, klassik iqtisadi modellərdə qərarvermə proseslərinin motivləri barədə məlumat verib, iqtisadi qərarların verilməsində koqnitiv xətaların insan davranışlarında gözlənilməz nəticələrə səbəb olmasının elmi cəhətdən izahını seminar iştirakçıları ilə bölüşüb.

 

Seminarda mövzu ilə bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.