Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-29 13:37:00
LDU-da  ADPU- nun   100 illiyinə həsr olunmuş onlayn konfrans keçirilib-FOTO

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Dövlət Pedaqoji Universitetinin  (ADPU)  100 illik  yubileyinə həsr olunmuş  konfrans keçirilib.

 

AzEdu.az xəbər verir ki, “Azərbaycanda müəllim kadrların hazırlanmasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin  rolu” mövzusunda  keçirilən onlayn konfransı Lənkəran Dövlət Universitetinin  rektoru, professor Natiq  İbrahimov açıb.  100 illik yubileyi dövlət səviyyəsində qeyd edilən  ADPU –nun  Azərbaycanda pedaqoji kadrların hazırlanmasında müstəsna xidmətləri olduğunu deyən professor Natiq İbrahimov yubiley münasibətilə kollektivin professor-müəllim-tələbə heyətini təbrik edib.Bildirib ki, universitet fəaliyyətə başladığı ilk illərdən bu günə kimi üzərinə düşən şərəfli missiyanı uğurla yerinə yetirib, respublikamızı və keçmiş ittifaqın digər respublikalarının regionlarını  peşəkar pedaqoji kardlarla təmin edib və bu iş hal-hazırda da  davam etdirilir. Natiq İbrahimov LDU ilə  ADPU arasında tədrisin təşkili və pedaqoji kadrların hazırlanması istiqamətində uğurlu əməkdaşlığın perspektivlərindən də söz açıb.

 

Azərbaycan Dövlət Pedaqoji Unİversitetinin rektoru, professor Cəfər Cəfərov konfransın təşkilinə  və xoş sözlərə   görə LDU rəhbərliyinə minnətdarlıq bildirib.COVİD-19 pandemiyası səbəbindən  yubiley tədbirlərinin onlayn keçirildiyini deyən Cəfər Cəfərov iki il öncə LDU-ya səfərindən və burada gördüklərindən məmnunluğunu bir  daha xatırlayaraq Lənkəran Dövlət Univeresitetini cənub bölgəsi üçün işıq, maarif ocağı adlandırıb. ADPU-nun 100 il ərzində keçdiyi şərəfli yoldan söz açan universitet rəsmisi bu müddət ərzində 160 mindən çox müəllim kadrının yetişdirildiyini fəxrlə bildirib.Əgər 100 il əvvəl ADPU  6 tələbə ilə fəaliyyətə başlamışdısa hazırda 18 mindən çox tələbə bizim universitetdə təhsil alır,  strukturumuza  5 filial daxildir -deyən Cəfər Cəfərov əsas məqsədlərinin kadr hazırlığını müasir tələblər səviyyəsinə qaldırmaq olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.

 

Lənkəran Dövlət Universitetinin İbtidai  təhsil və məktəbəqədər təlim kafedrasının müdiri,  dosent, ADPU-nun məzunu  Ayəddin Əliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Elm və innovasiyalar üzrə prorektoru, professor  Asəf Zamanov , LDU-nun  Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru , dosent İdrak Əsgərov  məruzə və çıxışlarında  Azərbaycan Dövlət Pedaqoji Universitetinin keçdiyi bir əsrlik yoldan, qazanılan uğurlardan, hazırkı fəaliyyətindən,  tanınmış məzunlarından söz açıblar.

 

Konfransın yekununda professor Natiq İbrahimov bir daha ADPU kollektivini yubiley münasibətilə təbrik edərək sonrakı fəaliyyətlərində uğurlar arzu  edib.