Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-25 13:15:00
Yay məktəbi çərçivəsində rəsədxanaya ekskursiya təşkil edilib  

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Şamaxı rayonunda orta məktəb şagirdləri üçün yay məktəbi keçirilir.

 

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından (ŞAR) AzEdu.az-a bildiriblər ki, yay məktəbi çərçivəsində tədrislə yanaşı məktəblilərin muzeylərə, tarixi məkanlara, eləcə də rəsədxanaya ekskursiyaları təşkil olunur.

 

ŞAR ekskursiyasında öncə şagirdlərə rəsədxananın muzeyində olan eksponatlar nümayiş etdirilir və onların hər biri haqqında ətraflı məlumat verilir. Eyni zamanda, şagirdlər rəsədxananın teleskopları ilə tanış edilir və teleskopların iş prinsipi, aparılan elmi-tədqiqat işlərinin nəticələri barədə məlumatlandırılır.

 

İyun ayının 16-dan başlanan yay məktəbi ekskursiyaları iyunun 30-dək davam edəcək.