Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-25 11:49:00
Abituriyentin uğursuz nəticəsi repetitor zəifliyinin göstəricisidir?-PROBLEM

“DİM tərəfindən blok imtahanlarının keçiriləcəyi tarix elan olunub.İmtahan nəticələri ilə bağlı hər zaman aktual və konkret həllini tapmayan məsələyə aydınlıq gətirmək istəyirəm.  Bəzi hallarda imtahanlarda zəif nəticə toplamış şagirdlərin valideynləri repetitorları qınayırlar. Bununla qətiyyən razılaşmıram. Zəif nəticə repetitor savadsızlığından və yaxud qeyri-peşəkarlığının göstəricisi deyil”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib bildirib. O, qeyd edib ki, repetitor özünə güvənməsə bu işlə məşğul olmaz:

 

“Abituriyentlər bəyənmədikləri təqdirdə bir neçə dəfə hazırlıq müəllimlərini dəyişirlər. Bu da onların sərbəst seçim hüququ olduğunu göstərir. Bu səbəbdən şagirdin zəif nəticəsini repetitor uğursuzluğu hesab etmirəm. Özünəgüvənməyən repetitor abituriyent hazırlığı ilə məşğul olmaz. Çünki bu çox məsuliyyətli işdir. Eyni repetitor yanında hazırlıq keçən və eyni ixtisas qrupuna hazırlaşan abituriyentlərdən birinin nəticəsi əla, digərininki çox zəif olursa deməli, bu məsələ şagirdlə bağlıdır”.

 

Təhsil eksperti həmçinin valideynlərə də səslənib:

 

“Şagirdin təhsilə marağı yoxdursa, fərdi repetitor və yaxud hazırlıq kursuna yönəltməyin heç bir mənası yoxdur. Valideynlərə səslənirəm ki, hökmən deyil ki, övladınız hansısa universiteti bitirsin və buna məcbur edilsin. Hazırda perspektivli peşələr var ki, onun mütəxəssislərinə tələbat da kifayət qədərdir”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları