Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-24 11:34:00
BŞTİ müdiri: "Bütün təhsil işçiləri vaksinasiyadan keçərsə, əyani tədrisə qayıtmaq olar"

“Növbəti tədris ilində hibrid, yoxsa tam əyani tədrisə keçiləcəyi barədə dəqiq fikir söyləmək çətindir. Tam vaksinasiya həyata keçirilərsə, tam əyani tədrisə keçmək də nəzərdə tutulur”.

 

AzEdu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

 

Onun sözlərinə görə, amma bu, yenə də Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı olacaq: "Biz ümidliyik və düşünürük ki, tam əyani tədrisə yeri dönəcəyik. Bunun üçün də bütün təhsil işçilərinin vaksinasiyasından keçməsi çox vacib şərtdir".(Apa)