Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-23 14:40:00
Yay məktəbində STEAM dərsləri tədris olunur  

Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində təşkil olunan yay məktəbi davam edir.

Yay məktəbinin proqramına Təhsil Nazirliyi tərəfindən başladılan və Təhsil İnstitutu tərəfindən icra olunan “STEAM Azerbaijan” layihəsinin tədris mövzuları da daxil edilib.

İnstitutdan bildirilib ki, mövzulara STEAM metodologiyaları, proqramlaşdırma modulu - mikrobit platforması, rəqəmsal incəsənət modulu - 3D modelləşdirmə və 3D çap/3D qələm, mühəndislik modulu - elektrik mühəndisliyi, layihələrin hazırlanması - mühəndislik dizayn prosesi daxildir.

Qeyd edək ki, STEAM dərsləri ölkə üzrə ümumi təhsil müəssisələrinin VI-X sinif şagirdləri üçün nəzərdə tutulub. Yay məktəbi şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib. Yay məktəbi iyunun 30-dək davam edəcək.